banner
banner

İdman

“Real” “Napoli”ni, “Bavariya” “Arsenal”ı qəbul edir

“Real” “Napoli”ni, “Bavariya” “Arsenal”ı qəbul edir

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir. 
Bu gün daha 2 matç keçiriləcək. 

“Bavariya” öz meydanında “Arsenal”ı qəbul edəcək. Bu komandalar son 5 ildə 4-cü dəfə pley-offda üz-üzə gəlirlər. Əvvəlki 3 halda mərhələni adlayan tərəf almanlar olub. 

Digər matç isə Madriddə oynanılacaq. Turnirin son qalibi “Real” “Santyaqo Bernabeu”da “Napoli”ni sınağa çəkəcək. Beyl kimi aparıcı futbolçusunun olmamasına baxmayaraq, görüşün favoriti ispanlardır. 

15 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

23:45. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)  

23:45. “Real” (İspaniya) - “Napoli” (İtaliya)

21 fevral

“Bayer Leverkuzen” (Almaniya) - “Atletiko” (İspaniya)

“Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa)

22 fevral

“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya)

“Sevilya” (İspaniya) - “Lester” (İngiltərə)

14 fevral
“
Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya) 1:0 

PSJ (Fransa) - “Barselona” (İspaniya) 4:0 


Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsinin cavab oyunları 7,8, 14 və 15 mart tarixlərində keçiriləcək.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.