“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqa çərçivəsində “Bornmut”u 2:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.
Qol.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, ispan məşqçi qazanılan 3 xala baxmayaraq, lider “Çelsi”dən çox geri qaldıqlarını qeyd edib:
“Bornmut”a qarşı yaxşı oynadıq. Xüsusən də komandanın son 10-15 dəqiqədəki çıxışından razı qaldım. Daha çox qol vurmağa çalışırdıq.
Qələbə qazanıb xal ehtiyamızı artırsaq da, “Çelsi”dən hələ çox geri qalırıq. Aquero çox gözəl oyun sərgilədi. Tam gücü ilə mübarizə apardı və qol vurmağı bacardı”.
Xatırladaq ki, 25 turdan sonra “Mançester Siti” “Çelsi”dən 8 xal geri qalır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.