Bu günlərdə Amerikanın Nyu-York şəhərində “New-York Pet Fashion Show” — ev heyvanları üçün moda nümayişi keçirilib.
Bu barədə lenta.ru saytı “ABC News”a istinadən xəbər yayıb. Hər il keçirilən və bu il 14-cü dəfə baş tutan tədbirə 10 ölkədən 700 nəfər qatılıb. Modellər qismində itlər, pişiklər, bir neçə siçan və kərtənkələ çıxış edib. Bu heyvanlara xüsusi geyimlər geyindiriblər. Hətta onların arasında fərqli xalqların milli geyimini geyinənlər də olub. Onları podiuma sahibləri çıxardıb.
İzləyicilərə ABŞ-ın birinci maliyyə naziri Aleksandr Qamiltonun geyimini geyinən pişik nümayiş etdirilib. Nümayişin sonunda “Qızıl pəncə” mükafatının qalibləri də seçilib. Noyabr ayında isə onlarla it karnaval geyimləri geyinərək, hər il keçirilən Helloin paradına qatılmışdılar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.