Türkiyə Rusiyadan buğda almağı dayandırıb. Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rusiya bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyəyə buğda ixracında yaşanan bu problemlər normallaşmaqda olan Rusiya-Türkiyə münasibətlərinə təsir etməyəcək. Sonuncu dəfə martın 15-16 tarixlərində Türkiyəyə buğda ixrac edilib.
Bildirilib ki, bu hal Rusiyanın ikinci ən böyük buğda ixracı bazarını iflasa uğrada bilər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.