Qeyri-leqal yolla Avropaya keçmək istəyən miqrantların batması ilə nəticələnən daha bir irimiqyaslı gəmi qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, Aralıq dənizində göyərtəsində miqrantlar olan gəmi batıb.
Hadisə nəticəsində azı 80 nəfərin öldüyü bildirilir. İtaliyaya üz tutan gəmi Liviyadan dənizə çıxıb. Məlumata əsasən, sağ qalan 40 nəfər İtaliyanın Pozzalo limanına çatdırılıb.
Beynəlxalq Miqrasiya Təşkilatının son hesablamalarına əsasən, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 43 mindən çox miqrant daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən 1089 nəfər ölüb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.