banner
banner

Dünya

Ruhaniyə hücum: Prezident xalqın əlindən zorla qurtuldu

Ruhaniyə hücum:

İran Prezidenti Həsən Ruhani daş kömür mədənində baş verən faciə ilə əlaqədar Gülüstan vilayətinin Azadşəhr şəhərinə gəlib.

Axar.az xəbər verir ki, səfər zamanı əhali qarşısında çıxış edən Ruhani bu faciənin hər kəs üçün xəbərdarlıq olduğunu və əhalinin iş qabiliyyətinin yaxşılaşdırılmasının mütləq nəzarətdə saxlanılması gərəkdiyini bildirib. Buna qarşılıq olaraq kömür mədəni işçilərindən biri Ruhaniyə etiraz edib:

“170 uşaq yetim, 40 qadın dul qalıb. Bundan bir neçə il öncə qadınlarımız və uşaqlarımızla valilik qarşısına gəldik və 14 aydır maaş almadığımızı dedik. Bizə qulaq asan kimsə olmadı”.

Bu çıxışdan sonra etirazçılar Ruhani əleyhinə şüarlar səsləndiriblər və prezident hadisə yerini tərk etməli olub. Prezident hadisə yerini tərk edən zaman etirazçılardan bəziləri onu avtomobilinə hücum edib.

Qeyd edək ki, keçən həftənin ortalarında İranda daş kömür mədənində partlayış baş verib. Nəticədə 40-a yaxın insan həlak olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.