İtaliyanın “Balonya” klubunun futbolçusu Blerim Dzemaili karyerasını ABŞ-da davam etdirəcək. İsveçrəli futbolçu icarə əsasında “Montreal İmpakt” klubuna transfer olunub. MLS klubu yarımmüdafiəçinin bugünlərdə tibbi müayinədən keçəcəyini açıqlayıb. Qeyd edək ki, 2014-2016-cı illərdə “Qalatasaray”da da çıxış etmiş futbolçu bu mövsüm A Seriada 31 oyuna 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.