Ötən gecə Avropa Liqasında finalçılar bəlli olub. Modern.az xəbər verir ki, yarımfinal oyunlarında “Mançester Yunayted” “Selta”nı, “Lion” isə “Ayaks”ı qəbul edib. Bu oyunlar nəticəsində “Mançester Yunayted” və “Ayaks” AvroLiqanın finalına çıxıb. Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.
11 may Avropa Liqası Yarımfinal mərhələsi, cavab oyunları "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya) - 1:1 Qollar: Fellaini, 17 (1:0), Ronkaqliya, 85 (1:1) İlk oyun – 1:0 "Lion” (Fransa) – "Ayaks” (Hollandiya) - 3:1 Qollar: Dolberq, 27 (0:1), Lakazet, 45-pen (1:1); 45+1 (2:1), Qezzal, 81 (3:1) lk oyun – 1:4
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.