"İlk matçda daha yaxşı oynamışdıq. Cavab qarşılaşmasında rəqib bizə problem yaratdı".
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının yarımfinalında "Selta" ilə cavab oyunundan (1:1) sonra deyib.
"Finala çıxmaq üçün çətinlik çəkdik. Möntəşəm oynamadıq. Buna baxmayaraq, bütün gücləri ilə oyadılar. Artıq finaldayıq. Avroliqanın qalibi olsaq, çox xoşbəxt olacam" - deyə o bildirib.
Portuqaliyalı mütəxəssis finalda qarşılaşacaqları "Ayaks" haqda da danışıb: "Çətin oyun olacaq. Rəqib gənc və güclü komandadır. Onlar istirahət günlərində ölkə çempionatını başa vuracaqlar və finala hazırlaşacaqlar. Rəqibin hazırlıq üçü 12 gün vaxtı olacaq. Amma biz hələ 3 matç oynayacağıq"
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.