“Krasnodar”ın hücumçusu Fyodor Smolov karyerasını Türkiyədə davam etdirə bilər. “Fənərbaxça” rus forvardın xidmətində maraqlıdır. İstanbul təmsilçisi yayda heyətindəki hücumçulardan ikisini - Robin van Persi və Emanuel Emenikeni satmağı planlaşdırır. Onların əvəzinə komandaya 2 yeni forvard qoşulacaq ki, namizədlərdən biri də məhz Smolovdur. Qeyd edək ki, Smolovun hazırkı klubu ilə hələ 2 illik müqaviləsi var.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.