banner
banner

İdman

9 cüdoçumuz və 2 stend atıcımız FİNALDA

9 cüdoçumuz və 2 stend atıcımız FİNALDA

Bu gün İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarına start verilib.

 

Azərbaycan Cüdo federasiyasından Modern.az-a verilən məlumata görə,  yarışın ilk günündə cüdoçular 7 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparırlar. Bu gün kişilərin mübarizəsində 60 kq, 66 kq və 73 kq, qadınlarda 48 kq, 52 kq, 57 kq və 60 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Artıq milli komandamızın 9 üzvü adını finala yazdırıb.

 

Kişilərdən ibarət millimizin üzvlərindən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 73 kq) çempionluq üçün mübarizə aparacaq. Finalda Orxan Səfərov Türkiyə təmsilçisi Bəkir Özlü, Nicat Şıxəlizadə əlcəzairli Houd Zourdani ilə qarşılaşacaq. 73 kq çəki dərəcəsinin finalında isə Azərbaycan dueli olacaq. Hidayət Heydərovla Rüstəm Orucov bu çəkinin qalibini müəyyənləşdirəcək.

 

Qadınlardan isə Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, final görüşlərinə saat 18:00-da start veriləcək.

 

Azərbaycanlı idmançılar Aydan Camalova və Şəfəq Əmrahova IV İslam Həmrəyliyi Oyunlarında stend atıcılığı yarışlarında finala çıxıb.

A.Camalova 54 bal, Ş.Əmrahova 48 bal toplayaraq təsnifat mərhələsində müvafiq olaraq 5-ci və 6-cı yerləri tutublar.

Finala həmçinin, Qətərin 3 nümayəndəsi və türkiyəli idmançı çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.