İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə İrana qarşı xəbərdarlıq edib. Netanyahu yəhudilərinin soyıqırımı günündə çıxışı zamanı qeyd edib ki, İsrailin təhlükəsizliyini risk qarşısında qoyanlar buna görə cavab verəcəklər. Nazir bir qədər əvvəl Suriya sərhədlərindən Qolan təpəklərinə edilən raket hücumlarının da arxasında İranın olduğunu deyib.
“Baş nazir kimi mənim vəzifəm ölkəni dağılmaq təhlükəsindən qorumaqdır. İranla əldə oluna biləcək razılaşma bu ölkəyə nüvə silahlı əldə etmək imkanı verəcək. Biz buna qarşıyıq. İsaril Suriyadan edilən hücumları da ciddi problem hesab edir. Odla oyun oynayanlar bu odda yanacaqlar”
Məlumata görə, İsrailin Qolan təpəlikləri Suriyadan atılan iki raketin hədəfinə tuş gəlib. Hücum zamanı bir nəfər yaralanıb. İsrail hərbi qüvvələri bu müdaxiləyə sərt cavab verə biləcəyini açıqlamışdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.