Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında basketbol 3x3 yarışlarına start verilib.
Qol.az-ın məlumatına görə, qadınların mübarizəsində “A” qrupunda yer alan Azərbaycan millisi Türkmənistanla qarşılaşıb.
Qarşılaşma Azərbaycan basketbolçularının 16:7 hesablı qələbəsi ilə başa çatıb.
Qadın basketbolçularımız gün ərzində qrupda keçirdikləri ikinci görüşdə də qələbə qazanıblar.
Komandamız Əlcəzair millisini 20:14 hesabı ilə məğlub edib.
Yarışın ilk günü kişi basketbolçularımız üçün də uğurlu alınıb. “A” qrupunda yer alan milli komandamız ilk oyunda Türkmənistan yığmasını 17:16 hesabı ilə məğlub edib. Komandamız ikinci oyunda isə Türkiyə millisinə qalib gəlib - 17:10
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.