“Facebook” şirkəti cərimələnib. Cia.az xarici mediaya istinadən xəbər verir ki, qaydaları pozan şirkət 110 milyon avro cərimə ödəməli olacaq. Buna səbəb şirkətin “Votsap” mesencerini satın aldıqdan sonra Avropa Birliyinin tənzimləyici qurumuna şəxsi məlumatları iki şirkət arasında paylaşmayacaqları və istifadəçi hesablarını birləşdirməyəcəkləri ilə bağlı söz versə də, buna əməl etməyib.
Belə ki, "Votsap" avqustda etdiyi dəyişiklikdən sonra istifadəçilərin telefon nömrələrini və profil adları kimi digər şəxsi məlumatları "facebook"a paylaşmağa başlayıb.
Qeyd edək ki, “facebook”un qurucusu Mark Zukerberq “Votsap”ı 2014-cü ildə 22 milyard dollara alıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.