Amerikan rəssam Cey Key Keller 18 ildir ki, özünün fotosunu hər gün çəkib. Son nəticədə 3.5 dəqiqəlik videorolik ərsəyə gəlib.
Keller deyib ki, 1998-ci ildən fotosunu çəkməyə başlayıb. Buna səbəb isə sevgilisinin onu baha qiymətə rəqəmsal fotoaparat aldığına görə tənqid etməsi olub. Bu tənqiddən sonra Cey özünü çəkməyə davam edib və ondan ayrılıb. Rəssam deyib ki, hər zaman fotoaparatın qarşısında ən səmimi halı ilə dayanıb, çünki şəkillərinin səmimi və obyektiv görünməsini istəyib. Onun sözlərinə görə, dünyada xeyli cəlbedici, uzunmüddətli və populyar obyektlər var: “Amma mən həyatım davam etdiyi müddət boyunca selfimi çəkəcəm və 8 ildən bir videohesabat kimi bu cəmiyyətlə paylaşacam”.
Hal-hazırda Keller Alyaskada yaşayır və eyni zamanda fotoqraflıqla məşğul olur. Onun əsərləri dünyanın bir çox sərgilərində nümayiş etdirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.