Cənubi Koreyanın Çonıp şəhərində müəllim şagirdlərinin gözü qabağında siçan yeyib.
Lenta.ru saytı “The Korea Times”a istinadən xəbər verib ki, 44 yaşlı kişinin bu hərəkəti etməsinə səbəb bəzi uşaqların heyvanları incitməsi, onları təhqir etməsi olub. Adı açıqlanmayan müəllimin siçanı necə yeməsini 7 şagird müşahidə edib. Həmkarları bu insident barədə məlumat alandan sonra müəllim internatı tərk etmək məcburiyyətində qalıb. Dərsdə iştirak edən uşaqların valideynləri isə bununla bağlı polisə müraciət ediblər. Ona qarşı “uşaqlara qəddar davranma” maddəsi ilə cinayət işi qaldırlıb.
Hadisədən sonra müəllim uşaqlardan, valideynlərdən və digər müəllimlərdən üzr istəyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.