Şotlandiyada Birləşmiş Krallığını taleyini həll edəcək referendum səsverməsi artıq başlayıb.
ANS PRESS-in məlumatına görə, referendum ölkənin Böyük Britaniyadan 307 illik asılılığına son qoyulub-qoyulmayacağını müəyyənləşdirəcək. 2608 seçki məntəqəsi yerli vaxtla səhər saat 7-də açılıb və axşam saat 10-da bağlanacaq.
Seçicilər "Şotlandiya müstəqil ölkə olmalıdırmı?" sualına "Bəli" yaxud "Xeyr" cavabını seçməli olacaqlar.
Seçkilərdə iştirak üçün yaşı 16-dan yuxarı şotlandların 97%-i - başqa sözlə, 4,2 milyon seçici qeydiyyatdan keçib. Bu isə seçici fəallığının yüksək olacağını ehtimal etməyə əsas verir.
Referendumun nəticələrinin Şotlandiyanın 32 inzibati rayonunun hamısında səslər hesablandıqdan sonra sabah səhər saatlarında açıqlanacağı gözlənilir. Əgər "Bəli" xanasının işarələndiyi bülletenlərin sayı çox olarsa, Şotlandiya 1707-ci ildə İngiltərə ilə alyans yaradılmasından bəri davam edən müstəqillik arzusunu reallaşdıra biləcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.