“Yuventus” və “Real”ın sabiq baş məşqçisi Fabio Kapello bu 2 klub arasında iyunun 3-də keçiriləcək Çempionlar Liqasının finalı haqda danışıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis Madrid klubunun hücum xəttinin güclü olduğunu vurğulayıb:
“Real” rəsmiləri “Yuventus”dan qorxurlar. Onlar məndən Alleqrinin komandasının niyə az qol buraxması haqda soruşublar.
Onlara da dedim, bu final 2 eynisəviyyəli komandanın iştirakı ilə baş tutacaq. Bəlkə də hücum xəttinə görə “Real” bir qədər üstündür. Çünki Ronaldo hazırda dünyanın ən yaxşı futbolçusudur”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.