banner
banner

İdman

"Qəbələ" beynəlxalq turnirdə iştirak edəcək

"Qəbələ" beynəlxalq turnirdə iştirak edəcək

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Macarıstanda keçiriləcək Laslo Kubalanin xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayacaq. Macarıstanın “Vaşaş” klubunun təşkilatçılığı ilə təşkil ediləcək yarış mayın 27-28-də keçiriləcək.

Turnirdə mübarizə aparacaq 6 komanda iki qrupda münasibətlərini aydınlaşdıracaq. “Qəbələ” “Vaşaş Kubala Akademiyası” və İsveçin AİK klubları ilə eyni qrupda yer alıb. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda ilk oyun günündə öncə meydan sahibləri, sonra skandinaviyalılarla görüşəcək. Digər qrupda isə Slovakiyanın “Rujomberok”, Polşanın “Zaqlebiye” və Serbiyanın “Voyvodina”sı çıxış edəcək. Mayın 28-də qrup sonuncuları 5-ci, ikinciləri 3-cü yer uğrunda matça görüşəcək. Finalda isə qrup qalibləri qarşılaşacaq. 

“Qəbələ” səfərə 19 oyunçu ilə gedir: Pünhan Hacıbalayev, Yasin Əliyev, İdris İnqilablı, Taleh Hacızadə, Nicat Oruclu, Əlvan Abasov, Nemət Şixəmirov, Veysəl Rzayev, Fərid İsgəndərov, Orxan Abdullayev, Tamerlan Rizvanov, Nicat Əliyev, Xəyal Muradov, Salman Ələsgərov, Əli Mürsəlov, Samir Qurbanov, Məhəmməd Məhərrəmov, İbrahim Camalov, Xəlil Bəşirov.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.