İngiltərə Premyer Liqasında növbəti mövsüm mübarizə aparacaq sonuncu komanda müəyyənləşib.
Qol.az-ın məlumatına görə, Çempionşipin pley-off oyununda "Hadddersfild" “Ridinq”lə qarşılaşıb. Əsas vaxtı qolsuz bərabəliklə nəticələnən matçın penaltilər seriyasında 4:3 hesabı ilə rəqibini məğlub edən "Haddersfild" elitaya vəsiqə qazanan sonuncu komanda olub.
Bununla da, komanda 45 ildən sonra ilk dəfə yüksək liqada çıxış edəcək.
Xatırladaq ki, bundan əvvəl "Nyukasl" və "Brayton" Premyer Liqada oynamaq hüququ qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.