"Barselona"nın yeni baş məşqçisinin adı açıqlanıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Luis Enrikenin klubdan ayrılmasından sonra boş qalmış baş məşqçi vəzifəsinə Ernesto Valverde təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, E.Valverde cari mövsüm "Atletik"i (Bilbao) çalışdırıb.
Əlavə edək ki, E.Valverde futbolçu karyerası ərzində 1988-1990-cı illərdə Kataloniya klubunun şərəfini qoruyub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.