Londonun “Ekonomist” jurnalı 2015-ci il üçün dünyanın ən etibarlı şəhərlərinin hesabatını dərc edib. Ümumi sıralamada Moskva 43-cü, İstanbul isə 41-ci sırada qərarlaşıb.
Dünyanın ən etibarlı ilk 3 şəhəri isə Tokio, Sinqapur və Osaka seçilib.
CİA.Az Axar.az-a istinadən xəbər verir ki, araşdırma fərdi, səhiyyə, infrastruktur və rəqəmsal təhlükəsizlik başlıqları altında kecirilib.
Kompüterlərdə olan viruslara görə rəqəmsal təhlükəsizlik kateqoriyasında Moskva 50 ölkə arasında 46-cı yeri tutub.
Moskva səhiyyə təhlükəsizliyində 68.93 bal alaraq 24-cü, infrastruktur təhlükəsizliyində 41-ci, şəxsi təhlükəsizlik kateqoriyasında isə 49-cu yerdə olub.
Xatırladaq ki, Moskva demokratiya indeksində 161 şəhər arasında 125-ci yerdə qərarlaşıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.