banner
banner

Dünya

Yeni baş nazirə müjdə

Yeni baş nazirə müjdə

ABŞ prezidenti Barak Obama Yunanıstanın yeni Baş Naziri Aleksis Sipras arasında ötən gün telefon danışığı olub.

ANS PRESS-in məlumatına görə, Ağ evin mətbuat xidmətindən bildiriblər ki, tərəflər qarşılıqlı əlaqələri müzakirə ediblər.

Obama Sirpası seçkinin qalibi olması münasibətilə təbrik edərək iki ölkə arasında münasibətlərin bundan sonra da davam edəcəyini deyib:

“Birləşmiş Ştatlar köhnə dost və müttəfiq kimi ölkənin uzunmüddətli inkişaf yoluna qayıtması üçün, Yunanıstanın yeni höküməti ilə sıx əməkdaşlıq etmək niyyətindədir”.

Hər iki siyasətçi Avropada təhlükəsizlik və terrorla mübarizə məsələləri üzrə iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər.
Aleksis Sipras Yunanıstanın yeni baş naziri kimi bazar ertəsi and içib. Seçkilərdən sonra ilk çıxışında o, Yunanıstanda sıxışdırılmış iqtisadiyyata son qoyacağı və Avropa Birliyi ilə “yaradılması dövrüvdən bu yana təməli olan ənənə və prinsiplərə qayıdışı” barədə danışıqlar aparacağına söz verib.

“Bu dialoqda Yunanıstan özünün əsaslı təkliflərini, öz islahat planını, öz sərmayə planını və iqtisadiyyatın sərfəli – kəsirsiz bərqərar olmasını təqdim edəcək”- deyə Sipras bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.