İngiltərə Futbol Federasiyası "Çelsi"nin baş məşqçisi Joze Mourinyoya cəza tətbiq edib.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna portuqaliyalı mütəxəssisin İngiltərə Premyer Liqasının 19-cu turunda "Sauthemton"a (1:1) qarşı matçdan sonra hakim Entoni Teyloru tənqid etməsi səbəb olub. Bu hərəkətinə görə, o, 25 min funt məbləğində cərimələnib.
Qeyd edək ki, J.Mourinyo hakimin bəzi epizodlarda verdiyi yanlış qərarlara görə utanmalı olduğunu söyləmişdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.