“Atletiko”nun hücumçusu Antuan Qrizmann gələcək karyerası haqda danışıb.
Qol.az-ın AS-a istinadən yaydığı xəbərə görə, fransız forvard Madrid klubunda özünü yaxşı hiss etdiyini bildirib:
“Burada məni hər şey qane edir. Menecerlərim hazırda “Atletiko” ilə danışıqlar aparırlar. Yekun nəticənin necə olacağını bilmirəm. Amma tezliklə məsələ bitməlidir.
“Atletiko”da oynamaqdan məmnunam. Baş məşqçimiz, Koke və Qodinlə danışmışam. Hər şey klubun, prezidentin əlindədir”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.