banner
banner

İdman

"Qəbələ" onları da göndərdi - rəsmi

"Qəbələ" onları da göndərdi - rəsmi

“Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb. 
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunlar qapıçı David Pietrzkieviç və gənc müdafiəçi Murad Musayevdir.
2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən Pietrzkieviç “qırmızı-qaralar”ın heyətində 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.
2012/13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.
Qeyd edək ki, “Qəbələ” bunadək Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə də yollarını ayırmışdı



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.