İtaliya yığmasının üzvü Daniele de Rossi milli kareyerasını başa vuracağı tarixi açıqlayıb. 33 yaşlı yarımmüdafiəçi “Football İtalia”ya açıqlamasında gələn il yığmadan gedəcəyini deyib: “Gələn ay 34 yaşım tamam olacaq. Əminəm ki, DÇ-2018-də yenə milli komandamızın önəmli futbolçularından olacam. Ancaq Avro-2020 haqda bunu deyə bilmərəm. Açıq danışmaq lazımdır, həmin vaxt mənim 37 yaşım olacaq. Buna görə dünya çempionatı mənim üçün İtaliya millisindəki son turnir olacaq”.
Qeyd edək ki, 2004-cü ildən milliyə dəvət alan “Roma”nın kapitanı 112 oyuna 20 qol vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.