"Oyuna çox yaxşı başladıq, amma ikinci hissədə heç nə edə bilmədik. Çünki azlıqda qalmışdıq. Bu səbəbdən futbolçularıma qol vurmağa çalışmamalarını söylədim. Bu, mənim qərarım idi".
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun 1/4 finalında "Barselona"ya 2:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"İlk hissədə oynadıqları oyuna görə futbolçularımla fəxr edirəm. Meydanda azlıqda olmalarına baxmayaraq, sona qədər bir çempion kimi mübarizə apardılar" - deyə o bildirib.
Argentinalı mütəxəssis futbolçusu Qabinin birbaşa qırmızı vərəqə almasına da münasibət bildirib: "Qabi hakimin qərarı ilə razılaşmadığını söylədi, epizodun penalti olduğunu ona bildirdi. Buna görə də hakim Qabini birbaşa qırmızı vərəqə ilə cəzalandırdı".
D.Simeone qeyd edib ki, "Barselona" hazırda çox yaxşı formadadır: "Suaresin gəlişi ilə hücum xətti daha da gücləndi. Bundan başqa, Cladio Bravo və ter Stegen kimi yaxşı qapıçıları var".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.