İngiltərə millisi (U-20) gənclər arasında dünya çempionatının qalibi olub.
Britaniyalılar finalda Venesuelaya 1:0 hesabı ilə qalib gəliblər. Qolu 34-cü dəqiqədə “Everton”un hücumçusu Dominik Kelvert-Lyoni vurub. Beləliklə, ingilislər tarixlərində ilk dəfə gənclər səviyyəsində (U-17, U-20) planetin ən güclüsü adını qazanıblar. Bu, eyni zamanda 1966-cı ildən sonra İngiltərənin futbolda ilk dünya çempionluğudur.
3-cü yer uğrunda oyunda isə İtaliya Uruqvaydan üstün olub (0:0, penaltilər seriyasında 3:1)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.