"Bavariya"nın futbolçuları Frank Riberi və Rafinyanın zədələrinin son durumu haqda məlumat verilib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hər iki oyunçunun iki həftə məşqlərdə iştirak etməyəcəyi bildirilib.
Bu isə o deməkdir ki, F.Riberi və Rafinya Almaniya bundesliqasında "Volfsburq" (30 yanvar), "Şalke" (3 fevral), "Ştutqart"a (7 fevral) qarşı matçlarda oynamayacaq.
Xatırladaq ki, dünən məşq zamanı Riberi əzəlisini dartıb. Rafinyanın isə diz bağlarında qopma aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl sözügedən futbolçuların bir oyun buraxacağı bildirilmişdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.