"Məşq yükləmələri nəticəsində yaranmış yorğunluq fonunda oynadıq. Bəzi futbolçular yorğun görünürdülər".
Cia.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra klubun saytına deyib.
O, birinci dəqiqədə qolu rəqibə hədiyyə etdiklərini bildirib: "Sonra irəliyə can atdıq, qol vəziyyətləri yaratdıq, lakin hesabı bərabərləşdirə bilmədik. İkinci hissədə digər futbolçulara da şans verdik".
Z.Svanadze toplanış çərçivəsində daha bir oyun keçirəcəklərini söyləyib: "Hazırlığımızı davam etdirəcəyik, çatışmayanlar üzərində işləyəcəyik"
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.