banner
banner

Dünya

Ermənistanda yeni etirazlar

Ermənistanda yeni etirazlar

Yerevanda kiçik və orta biznes nümayəndələri "Dövriyyədən vergi tutma haqqında" qanuna edilən əlavələrin tətbiq edilməsinə qarşı Ermənistan prezidentinin iqamətgahı önündə etiraz aksiyasını keçirirlər

Milli.Az BBC-yə istinadən bildirir ki, etirazçılar prospekti bağlasalar da, polis onları sıxışdıraraq nəqliyyat hərəkətini bərpa edib.
İzdiham fit çalır, "Ləğv etmək!" şüarını səsləyirlər.

Dördüncü gündür paytaxt Yerevandan və Ermənistanın başqa rayonlarından yüzlərlə ticarət nöqtələri və yarmarka satıcıları fevralın 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulan qanunun ləğv edilməsi tələbilə hökumət binası önünə toplaşırlar.

Fevralın 1-dən qüvvəyə minəcək dövriyyədən vergi tutma qanuna əsasən, ticarət sahəsində icra edilən dövriyyə vergisinin 3,5 faizdən 1 faizə endiriləcəyi nəzərdə tutulur. Eyni zamanda satış mallarının sənədləşdirilməsi (sertifikat, faktura və s.) və vergi müfəttişliyinə təqdim olunması tələb olunacaq.
Tələblərin yerinə yetirilmədiyi təqdirdə böyük məbləğdə cərimələr nəzərdə tutulur.

Ticarət işçiləri əvvəlki 3,5 faiz vergi ödəmək şərtlərilə işləməyə hazırdır olduqlarını deyirlər.

Kiçik və orta biznes nümayəndələri hazırda hökm sürən şəraitlərdə yeni qanunun şərtlərinə uyğun işləməyin mümkün olmadığını deyir. Onlardan satış mallarının sənədləşdirilməsi tələb olunur. Lakin ticarət işçiləri bunun onlardan yox, satış malları ilə təchiz edən iri biznes nümayəndələrindən asılı olduğunu deyirlər.
Yarmarka ticarətçiləri deyirlər ki, topdan mal verənlər onlara heç vaxt heç bir sənəd təqdim etmir və hökumət "kölgə ilə mübarizəni" kiçik bizneslə yox, "yaxşı bələd olduğu" iri sahibkarlardan başlamalıdır.

Dövriyyədən vergi tutma qanununun ötən il oktyabrın 1-də qüvvəyə minməsi nəzərdə tutulurdu. Lakin baş nazir Abrahamyan davamlı etiraz aksiya iştirakçıları ilə müzakirələr nəticəsində qanunun 2015-ci il 1 fevraladək təxirə salınması qərarına gəlmişdi.

Polis etirazçıların bir hissəsini prospektin əks tərəfinə çıxarıb, lakin güc tətbiq edilməyib.
Nümayiş iştirakçıları aksiyanı cümə günü hökumət binası önündə davam etdirəcəklərini elan ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.