Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə çalışacaq. O, “Adanaspor” klubunun idman direktoru vəzifəsinə təyin olunub. Klubun rəsmi saytı bununla bağlı açıqlama yayıb. Qeyd edək ki, Asim İbrahimov ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi” klublarında çalışıb. Xatırladaq ki, bu mövsüm Superliqanı tərk edən Adana təmsilçisi I liqada çıxış edəcək. “Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva da da hazırda bu komandada çıxış edir
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.