Yunanıstanda seçkiləri qazanaraq iqtidara gələn iqtidar ilk qərarları açıqlanıb.
Axar.az xəbər verir ki, bütün rektorlar vəzifəsindən uzaqlaşdırılıb, universitetə qəbul asanlaşdırılaraq ilk imtahanla məhdudlaşdırılıb, ali məktəbdən xaric edilənlərin bərpası imkanı yaradılıb. Litseylərdə 1 və 2-ci siniflərdə ümumi imtahanlar ləğv olunub.
Yunan parlamentinin qabağındakı dəmir barmaqlıq götürülüb, özəlləşdirmə isə dayandırılıb. Qərara görə, tədris dərslikləri və kitablar yenidən yazılacaq. Qeyd edək ki, son seçkilərdə 41 il sonra solçu qüvvələrin birliyi olan Siriza partiyası qalib gəlib. Partiya lideri Aleksis Tsiprasa “Yunanıstanın Çe Gevarası” deyirlər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.