Brazilya A seriyasında bu gün keçirilən “Koritiba” və “Korintias” komandalarının oyunundan öncə iki klub azarkeşləri arasında dava düşüb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Korintias” azarkeşlərini stadiona gətirən avtobus yanlışlıqla rəqib komanda tərəfdə dayanıb. Bundan qəzəblənən “Koritiba” azarkeşləri avtobusu daşa basıblar. Qeyd edək ki, bir nəfərin ağır yaralanmasına səbəb olan hadisə polisin müdaxiləsi ilə sona çatıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.