banner
banner

İdman

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün II təsnifat mərhələsinin  püşkatması keçirilib. 
İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə  Azərbaycan çempionu “Qarabağ”ın rəqibi də bilinib. Püşkün nəticəsinə görə, komandamız Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü Gürcüstanda olacaq.
II təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-i, cavab matçları isə iyulun 18-19-a nəzərdə tutulub. Matların dəqiq tarixi yaxın vaxtlarda açıqlanacaq.
Xatırladaq ki, "Samtredia"  ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzub və mərhələ adlayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.