“Mançester Yunayted”in və Fransa millisinin üzvü Pol Poqba “Milan”la yeni müqavilə imzalamaqdan imtina etdiyinə görə sərt tənqidə məruz qalan Canluici Donnarumanın müdafiəsinə qalxıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız yarımmüdafiəçi tvitterdə bunları yazıb:
“Tezliklə Donnarumma dünyanın ən yaxşısı olacaq. O, bu ana qədər etdiklərinə görə hörmətə layiqdir”.
Qeyd edək ki, “Milan”la yeni müqavilə imzalamaqdan imtina edən Donnarumma kimi Poqbanın da meneceri Mino Rayoladır
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.