banner
banner

Dünya

Maaşlar aşağı düşəcək

Maaşlar aşağı düşəcək

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2015-ci ildə ölkədə real əmək haqqlarının 9%-dən çox, real gəlirlərin isə 6%-dən çox aşağı düşəcəyini proqnoz edir.

 

Bu barədə şənbə günü jurnalistlərə nazir Aleksey Ulyukayev deyib.

 

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, nazirliyin dekabr proqnozuna əsasən, real əmək haqqının 3.9%, real gəlirlərin isə 2.8% azalacağı gözlənilirdi. Nəticədə 2015-ci il üçün istehlakçı tələbatı üzrə proqnoz əhəmiyyətli dərəcədə pisləşmişdi. İqtisadi İnkişaf Nazirliyinin yeni proqnozu 2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin 8%-ə qədər aşağı düşəcəyini gözləyir.

 

Qeyd edək ki, 2014-cü ildə Rusiya əhalisinin real pul gəlirləri 2013-cü il ilə müqayisədə 1% aşağı düşmüşdü. 2014-cü ildə real əmək haqqı 1.3%, pərakəndə ticarət dövriyyəsi isə 2.5% artmışdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.