Amerika Birləşmiş Ştatları (ABŞ) da İŞİD-in ikinci yapon girovu da öldürməsini kəskin şəkildə pisləyib.
ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama İŞİD yaraqlılarının törətdiyi bu əməli xaincə bir hərəkət kimi qiymətləndirib. “ABŞ olaraq İŞİD terror qruplaşmasının Yaponiya vətəndaşı Kenji Qotonun vəhşicə öldürməsini şiddətlə qınayırıq” – deyə B.Obama bildirib. İngiltərə və Fransa hökuməti də qətlin insanlığa yaraşmayan bir əməl olduqlarını bəyan ediblər.
Qeyd edək ki, Yaponiya hakimiyyəti Qotonun azad edilməsi üçün İordaniya hökuməti ilə əməkdaşlıq edirdi.Lakin şənbə günü hökumət nümayəndələri danışıqlarda anlaşılmazlıq olduğunu vurğulayıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.