banner
banner

Dünya

Dəbdəbəli maşınlara qadağa

Dəbdəbəli maşınlara qadağa

Türkmənistan gömrük rəsmiləri qara rəngli avtomobillərin bu ölkəyə idxalına qadağa qoyub.

 

ANS PRESS-in məlumatına görə, qadağanın səbəbi göstərilməsə də, idxalçılara ağ rəngli avtomobilin alınması məsləhət görülüb. Bu barədə “BBC” agentliyi xəbər yayıb. Agentliyin məlumatında bildirilir ki, ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədov bu yaxınlarda ictimai tədbirlərə ağ maşınlardan ibarət avtomobil kortecində gəlməyə başlayıb. Ölkənin 160-a yaxın yüksək rütbəli məmuru dərhal onun hərəkətini təkrarlayıb. Bununla yanaşı, Türkmənistanda həmçinin dəbdəbəli avtomobillərə və ümumi qaydalara uyğun gəlməyən avtomobil nömrə nişanlarına qadağa qoyulub.

 

Xatırladaq ki, 2014-cü ildə paytaxt Aşqabad sakinləri rəsmilərin yaşayış binalarından kondisionerlərin yığışdırılması göstərişinə etiraz etmişdilər. Həmin göstəriş binaların xarici görünüşündə “səliqə yaratmaq” məqsədilə edilmişdi.

 

Hökümət paytaxtı “ağ şəhərə” çevirmək məqsədilə milyardlarla dollar pul xərcləyərək binaların üzünə ağ mərmər daşı çəkir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.