banner
banner

Dünya

Erməni polis hiddətləndirdi

Erməni polis hiddətləndirdi

Ermənistanın polis rəisi Vladimir Qasparyanın müxalifətin və etiraz aksiyalarına qoşulmaq istəyənlər barədə bir müddət öncəki çıxışı ölkədə çoxlarını hiddətləndirdi.

Qeyd edək ki, polis isti payız üçün soyuq duşu olduğunu demişdi. Yox əgər bu kömək olmasa o mitinqə toplaşanlar üçün daha qızmar payız təşkil edəcək.

"Polis rəisi özünün siyasi proseslərə müdaxiləsini nümayiş etdirdi. Bu isə yolverilməzdir". Bunu isə Ermənistanın beynəlxalq və müdafiə məsələləri istitutunun rəhbəri Stepan Safaryan deyib. Onun fikrincə, polis rəisi mitinq iştirakçılarına özləriuni qanunlara uyğun aparmaq barədə müraciət etməli idi, hədəməli yox.

"Özünün - əgər qızmar payız istəyirsinizsə mən sizə onu daha da qızmar etməyi göstərərək kimi bəyanatı ilə Qasparyan bütün səddləri aşıb. Bu isə o deməkdir ki, polis rəisi özünün siyasi proseslərdə iştirakını normal hal hesab edir. Mən şəxsən bunu qəbul etmirəm".

Bununla belə Ermənistanda gözlənilən aksiyalar və konsitutsion islahatların qəbulu ərəfəsində vəziyyət get-gedə gərginləşir.

Müxalifət liderlərindən olan "Milli müqəddəratını təyinetmə" birliyinin rəhbəri Paruyr Ayrikyan da bir daha bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan islahat prosesinə gələcəkdə özünə baş nazir postunu təmin etmək üçün təşəbbüskarlıq edir.

"Levon Ter Petrosyan, Robert Koçaryan,Serj Sarkisyan - bunlar bir komandanın insanlarıdır. Onlar siyasətə biznes kimi yanaşırlar. Siyasi arenada da öz şəxsi maraqları üçün çıxış edirlər. Ermənistana isə ilk növbədə xalqın rifahını düşünən lider lazımdır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.