banner
banner

Dünya

Yunanıstanda Ukrayna ssenarisi

Yunanıstanda Ukrayna ssenarisi

Avropa Birliyi Yunanıstanın Rusiya ilə yaxınlaşmaq istəməsindən narahatdır.

ANS PRESS-in məlumatına görə, bu mövqeni Avropa Parlamentinin rəhbəri Martin Şults göstərib.

"Yunanıstanın Rusiya ilə yaxınlaşmaq istəyi məni çox narahat edir"- deyə Şults bildirib. 

Onun sözlərinə görə, Yunanıstanın yeni hökuməti bir qədər təcrübəsizdir. Buna görə də ölkəyə yardım edən Avropa Birliyi ilə əlaqələrə lazımınca qiymət vermir. Bundan başqa Şults bildirib ki, yeni baş nazir Aleksis Tsipras Almaniyanın kansleri Merkeli hədəfə götürməyi dayandırmalıdır. Çünki Yunanıstana yardımların ayrılması işinin başında Almaniya dayanır.

Shultz Yunanıstana verilən borcun silinməsi ideyasına da mənfi baxır. 

Yunanıstanın yeni hökuməti bildirir ki, ölkə heç vaxt altından çıxa bilməyəcəyi borc yükü altındadır və bu məsələyə yenidən baxılmalıdır. 

Rusiya isə öz növbəsində Yunanıstana yardım etməyə hazır olduğunu bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.