Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Bolqarıstanın “Ludoqorets” klubu ilə üz-üzə gəlib. Matç "Qəbələ"nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0) və Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) qarşılaşıb. “Qırmızı qaralar” hər matçdan bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.