banner
banner

İdman

"Gənclər Günü" münasibətilə veloyürüş

"Gənclər Günü" münasibətilə veloyürüş

Azərbaycan Velosiped İdmanı Federasiyası, “İrəli” İctimai Birliyi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi, Dövlət Bayrağı Meydanı və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin təşkilatçılığı ilə "2 Fevral - Gənclər Günü" münasibətilə “Gənclik veloyürüşü” keçirilib.

Apasport.az saytının məlumatına görə, Dövlət Bayrağı Meydanından start götürən yürüşdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev, Milli Məclisin üzvü Fuad Muradov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov da iştirak edib. 100-dən artıq həvəskar və peşəkar velosipedçinin qatıldığı "Gənclik Veloyürüşü" Azadlıq Meydanında başa çatıb.

Qeyd edək ki, veloyürüşün əsas məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat işlərinin aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanması olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.