"Zirə" barədə danışmaq çətindir" - "Differdanj”ın baş məşqçisi
"Sabahkı matçdan sonra rəqibi daha yaxşı təhlil etmək imkanımız olacaq. İndi rəqib barədə nəsə demək çətindir”.
Cia.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Differdanj”ın baş məşqçisi Paskal Karzaniqa Avropa Liqasının I təsnifat mərhələsi çətçivəsində "Zirə" ilə ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında söyləyib. P.Karzaniqa komandanın 3 üzvünün işdən Azərbaycana gəlmək üçün işdən icazə almasına toxunarkən bildirib ki, yalnız bir oyunçu "Zirə" ilə matçda iştirak etməyəcək. O, Bakıdakı isti hava şəraitindən narahat olmadıqlarına söyləyib: "Hazırda Lüksemburq da çox istidir. 15 gündür ki, çox yüksək temperatur müşahidə olunur".
Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Differdanj" matçı saat 21:00-da başlayacaq
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.