Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Avstriyanın “Qrodiq” klubu ilə qarşılaşıb. Matç Roman "qırmızı-qaralar"ın 7:0 hesablı qələbəsi ilə başa çatıb.
1948-ci ildə yaradılan “Qrodiq” Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir. Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0), Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) və "Ludoqorets"lə (Bolqarsıtan) (0:2) qarşılaşıb. “Qırmızı qaralar” hər matçdan bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.