Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində növbəti və sonuncu yoxlama oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Ağdam təmsilçisi Danimarka “Brondbü”sü ilə üz-üzə gəlib. Bu, Qurban Qurbanovun komandasının hazırlıq prosesi çərçivəsində dördüncü sınağı olub. Matç Danimarka klubununun 5:1 hesablı qələbəsi ilə başa çayıb.
Bununla da Ağdam klubu təlim-məşq toplanışını başa vurub. "Qarabaağ" sabah Bakıya qayıdacaq.
Xatırladaq ki, buna qədər “Qarabağ” Rusiya “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə 2:5, Moskva “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub.
“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, (Rahid Əmirquliyev,65), Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov (k), Əfran İsmayılov, (Ağabala Ramazanov, 65), Ansi Aqolli, Bədavi Hüseynov, Coşqun Diniyev
“Brondbü”: 1. F. Rennov, 4. Benedikt Roker, 23. Arajuuei, 14. K. Mensah, 47. B. Halimi, 19. K. Norqard, 27. S. Krone, 13. J. Larsson, 8. K. Fisker, 29. J. Kliment, 20. J. Vilçek
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.