Ötənlərin məşhur futbolçusu, 1995-ci ildə “Qızıl top”u qazanmış Corc Veanın oğlu Timati karyerasında ilk peşəkar müqaviləsini imzalayıb.
17 yaşlı forvard 2014-cü ildən PSJ-nin aşağı yaş qrupundan ibarət komandasında çıxış edir. İlk peşəkar müqaviləsinə qol çəkən Timati Vea 2020-ci ilin yayına kimi parislilərin şərəfini qoruyacaq.
Qeyd edək ki, liberiyalı futbolçu son mövsüm UEFA Gənclər Liqasında meydana çıxdığı 4 oyunda 3 qol vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.