banner
banner

Dünya

Dəməşqdə avtobus partladı

Dəməşqdə avtobus partladı

Suriyanın paytaxtı Dəməşqdə şiə zəvvarları daşıyan avtobusun partladılması nəticəsində 7 nəfər ölüb, 20-si yaralanıb.

ANS PRESS-in SANA agentliyinə istinadla verdiyi məlumata görə, Səyidnə Ruqqaya məqbərəsinə ziyarətə gedənlər terror aksiyaı ilə üzləşiblər. Avtobusun ön hissəsinə 5 kiloqram partlayıcı maddə yerləşdirilib. Digər partlayıcı qurğu isə zərərsizləşdirilib.

Suriyanın "əl-Qaidə" ilə əlaqəsi olan "Nusra Cəbhəsi" hücumun məsuliyyətini üzərinə götürüb. Bildirilib ki, avtobusda olan sərnişinlər "Hizbullah" döyüşçüləri olublar.

Xatırladaq ki, Suriyaya ölkəyə ziyarətə gedən 200 min şiə zəvvar dörd ildir davam edən münaqişə ilə əlaqədar həlak olub.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.