"Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasında hərbi münaqişə dünya üçün lazımlı deyil."
ANS PRESS-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama CNN telekanalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ üçün Rusiya ilə birbaşa hərbi münaqişə arzu edilməyəndir: "Mən düşünmürəm ki, ABŞ üçün və dünya üçün Birləşmiş Ştatlar ilə Rusiya arasında real hərbi müharibənin başlaması arzu olunandır."
Onun sözlərinə görə, Ukraynadakı vəziyyətə görə, xüsusilə Krımın ilhaqından sonra Rusiya diplomatik təcridlə, iqtisadi sanksiyalarla üzləşdi. Avropa Rusiya ilə münasibətlərini dəyişdirdi. Belə olan halda Rusiyanın gələcəyi üçün yaxşı görünən düstur yoxdur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.